Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan paytaxtına Astana adının qaytarılması təklif olunub

Qazaxıstan paytaxtı Nur-Sultana yenidən Astana adı qaytarıla bilər.

“Sputnik Qazaxıstan” xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayevin mətbuat katibi Ruslan Jeldibay açıqlama verib.

O, parlamentin bir qrup deputatının bununla bağlı təklifinin Konstitusiya Şurasının gündəliyinə salındığını əlavə edib.