Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qaribaşvili Saakaşvilini öldürmək yolunu tutub - Müalicəyə buraxmır

“Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə icazə verməyəcəyik”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlaması zamanı deyib.

Belə ki, Qaribaşvili sabiq Prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı məsələyə aydınlıq gətirib:

“Saakaşvili həbs edildiyi ilk gündən aclıq aksiyalarına başladı. Lakin yayılan görüntülərdə gördük ki, o, gizlincə qida qəbul edir. Saakaşvilinin müalicə alması üçün xaricə göndərilməsi əslində onun azadlığa buraxılması anlamına gəldiyi üçün buna imkan verilməyəcək”.

Xatırladaq ki, gürcü həkimlər eks-prezidentin ağır vəziyyətdə olduğu, ayaqlarının tutulduğu, həbsxanada olduğu müddət ərzində 43 kiloqram arıqladığını bildiriblər. Onların sözünə görə, ciddi müalicə olunmasa, Saakaşvili bir neçə aydan sonra ölə bilər.