Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qaribaşvili: "Prezidentin destruktiv müxalifətin bəyanatını təkrarlamasına təəssüf edirəm"

“Son bir neçə həftə ərzində Prezidentin müxtəlif ölkələrə rəsmi səfərləri ilə bağlı bütün müraciətlərini imzalamışam və onun təmin edilməyən xahişi olmayıb”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin hökumətin onun Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməməsi ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında dövlət başçısının destruktiv müxalifətin və ölkənin düşmənlərinin bəyanatlarını təkrarladığına təəssüf etdiyini bildirib:

“Deyildiyi kimi, əgər hökumət Prezidenti bloklayırsa, o zaman dövlət başçısı Brüsselə necə səfər etdi? Ümid edirəm ki, o, hökumətin işindən daha yaxşı baş çıxaracaq”.