Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qaribaşvili Azərbaycan və Ermənistan arasında vasitəçiliyi Qərblə sıx əməkdaşlığın nümunəsi adlandırıb

"Azərbaycan və Ermənistan hökumətləri arasında saxlanılmış ermənilərin və minalanmış ərazilərin xəritələrinin mübadiləsinə dair əldə olunmuş razılaşma Qərblə sıx əməkdaşlığın və regionun geosiyasi proseslərində fəal iştirakımızın bariz nümunəsidir".

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 2021-ci il üzrə illik hesabatını təqdim edərkən deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan beynəlxalq gündəmdə mühüm rol oynamaqda davam edir və müxtəlif sahələrdə strateji tərəfdaşları ilə mövcud əlaqələri daha da intensivləşib.(APA)