Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qardaş qırğınının nəticəsi: Özbəkistanda 18 nəfər ölüb, 243 nəfər yaralanıb

Özbəkistanın Qaraqalpaqıstan ərazisində kütləvi iğtişaşlar zamanı 18 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aksiyalar nəticəsində, həmçinin 243 nəfər yaralanıb.

Bildirilir ki, yaralananlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.