Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağın erməni icmasının keçmiş rəhbəri Azərbaycana casusluq ittihamı ilə həbs edilib

Ermənistanda Qarabag sakini Sarqis Qalstyan Azərbaycanın xeyrinə casusluga görə həbs edilib.

Ermənistan İstintaq Komitəsinin 2018-2023-cü illəri əhatə edən istintagında  ​​deyildiyi kimi, Qalstyan Qarabağda müxtəlif vəzifələrdə çalışıb. Onun son vəzifəsi “Qarabağ prezidenti” Aparatı rəhbərinin müavini olub.

Qarabağdakı  hərbi vəziyyət və əhalinin sosial-psixoloji durumu barədə məlumatlara malik olan Qalstyan 2020-ci ilin noyabrında azərbaycanlı kəşfiyyatçı ilə əlaqə yaradaraq Bakıya casusluq tapşırığı alıb və ona “Sərxan” kod adı verılıb.

O, 2020-2023-cü illər ərzində əhalinin əhval-ruhiyyəsi, Ermənistan və Qarabağ hakimiyyətinin mövqeyi, 2023-cü ilin sentyabr hadisələri zamanı Ermənistana mümkün hərbi dəstək haqqında məlumat toplayıb və Azərbaycan kəşfiyyatçısına ötürüb.

Erməni əhalisi Qarabağı tərk etdikdən sonra Qalstyan Bakıdan erməni icmasının başçısı vəzifəsini tutmaq təklifi alıb və həyat yoldaşı ilə birlikdə Qarabağda qalıb. O, Qarabağdakı vəziyyətlə bağlı Azərbaycana casusluq etməyə davam edib.

Bu il martın 29-da Ermənistana köçdükdən dərhal sonra Qalstyan həbs edilib və ona qarşı casusluq ittihamı irəli sürülüb.

İstintaq başa çatdıqdan sonra iş materialları məhkəməyə göndərilib.

Qalstyan özü casusluq ittihamını rədd edir.