Qarabağda Rusiya ilə qarşıdurma artır
07 Noyabr 2022
Laçın dəhlizindən Qarabağdakı erməni silahlı birləşmələrinə silah-sursat daşınır. Azərbaycan Xarici İşlər Nazirliyi bunun yolverilməz olduğunu bəyan edib. Nazir Ceyhun Bayramov bildirib ki, dəhliz ancaq humanitar məqsədlər üçün istifadə edilə bilər.
Əslində 44 günlük müharibədən keçən iki il ərzində Laçın yolu bu məqsədlər üçün istifadə olunub. Hətta Azərbaycan alternativ yolu istifadəyə verəndən sonra da dəhlizin təyinatı dəyişməyib. Oradan təkcə silah-sursat deyil, erməni hərbçiləri, Xankəndindəki hərbi xuntanın ehtiyacı olan istənilən hərbi təyinatlı məhsullar aparılır. Habelə Bakının razılığı olmadan xarici qonaqlar, missiyalar, Ermənistan siyasətçiləri rahat gəlib-gedirlər. Sonuncu dəfə gələnlərdən biri Ermənistanın eks-prezidenti, Rusiyanın dostu-müttəfiqi Serj Sarkisyan olub...
Yola Azərbaycan ordusunun və kəşfiyyat qurumlarının kənardan nəzarəti var, amma nəzarət-keçid məntəqəsi yoxdur. Dəhliz Rusiya sülhməramlılarının istifadəsindədir və bilavasitə Moskvanın bölgədəki hərbi-siyasi məqsədlərinə xidmət edir.
Azərbaycanda Laçın yoluna nəzarət məsələsi dəfələrlə qaldırılıb, amma siyasətçilər, ekspertlər səviyyəsində. Rəsmi Bakı bununla bağlı səbirli yanaşma sərgiləyib. Amma iki illik taym-aut müddəti göstərdi ki, Rusiya öz bildiyini tutur, Qarabağdakı separatçı rejim də müharibədə darmadağın edilmiş mövqelərini bərpa etməyə çalışır. Azərbaycan Ordusu ilə təmas xətləri minalar, səngərlər qazılır, istehkamlar tikilir, qanunsuz məskunlaşma aparılır. Bu tendensiya Bakının "münaqişə bitib" bəyanatı ilə uzlaşmır və daxildən hakimiyyətə təzyiq güclənir.
Rusiya davamlı olaraq Qarabağı özününküləşdirmək siyasəti aparır və Ermənistanın yavaş-yavaş oyundan çəkilməsi ilə Kremlin anti-Azərbaycan oyunu daha çılpaq şəkildə özünü göstərir. Milyarder Ruben Vardanyanın Qarabağda hakimiyyət debütü Xankəndində təşkil edilən çoxminlik etiraz aksiyası ilə baş verdi. Ermənistandakı rusiyapərəst qüvvələrdən və Paşinyan komandasından əli üzülən Putin hakimiyyəti öz kartlarını açıq oynamağa başlayıb.
31 oktyabrda Soçidə keçirilən görüşdə narazılıq gizli qalmadı, Azərbaycan prezidenti Kreml rəhbərinin üzünə dedi ki, Qarabağdakı bu oyunlar dayandırılmalıdır. Görüşdən sonra yayılan videokadrlarda İlham Əliyevin qəzəbli siması görüşün son dərəcə gərgin keçdiyini göstərirdi. Paşinyan Soçiyə "Putin nə deyirsə, hazırıq" şüarı ilə gəlmişdi və bu, 2 saatlıq müzakirələrdə mübahisələrin Əliyev və Putin arasında getməsindən xəbər verirdi.
Gedişat göstərir ki, Rusiya dayanmaq niyyətində deyil və Azərbaycan zəruri addımları işə salmalıdır. İlk növbədə Laçın dəhlizinə nəzarət təmin edilməlidir. Ölkə ərazisinə giriş-çıxışı nəzarətsiz qoymaq suverenliyə qəsddir, çünki bu ərazidə dövlətə qarşı silahlı müqavimət göstərən cinayətkar qruplaşma yerləşir.
Ermənistan məhz suverenliyi əsas gətirib, Azərbaycana Naxçıvanla əlaqəni təmin edəcək Zəngəzur dəhlizini verməkdən imtina edir. Rusiya əvvəl bu məsələdə İrəvana təzyiq edirdi, amma İranla anlaşmadan sonra bu tələbindən geri çəkilib. Tehran Ukraynadakı müharibədə Moskvaya açıq hərbi dəstək verir və əvəzində Zəngəzur dəhlizi məsələsində öz maraqlarının qorunmasını tələb edir. Soçi görüşündə məlum oldu ki, Rusiya və İran arasında belə bir razılaşma var, çünki Putin bu məsələsini dilinə gətirmədi.
Azərbaycan sülh müqaviləsinin əsas elementlərindən biri olan nəqliyyat dəhlizlərinin açılması məsələsində suverenlik prinsipinin bərqərar olunmasını tələb edəcək. Yəni Bakıda Laçın dəhlizinə nəzarət məsələsini imperativ şəkildə qoymalıdır, bir halda ki, oradan Xankəndindəki hərbi xuntaya silah-sursat daşınır. Rusiya buna əngəl olmağa çalışacaq, amma bu, Azərbaycan üçün prioritet deyil. Müqavimət cəhdləri olsa belə, bölgədəki qanunsuz silahlı birləşmələrin bütün hərbi infrastrukturu məhv edilməlidir. Bu, Azərbaycanın müstəsna hüququdur, müttəfiq Türkiyə Cümhuriyyəti də bu hüququn gerçəkləşməsini dəstəkləyir. Ukraynada biabırçı məğlubiyyətlə üzləşən Kremlin Türkiyəni gözə alıb Azərbaycanla hərbi qarşıdurmaya gedə bilməz. Bu gün Rusiya öz tarixi boyu heç vaxt olmadığı qədər Türkiyəyə möhtacdır, ondan asılı vəziyyətə düşüb.
Yəqin ki, Moskvada Rusiyanın həssas, çoxmillətli cənub regionunun Azərbaycanla sərhədlərə malik olması reallığını da unutmurlar. İndiki mürəkkəb geosiyasi şəraitdə bütün məqamlar ciddi şəkildə nəzərdən keçirilməlidir. Azərbaycan öz öhdəliklərinə ciddi yanaşan, amma qapazaltı, sözəbaxan ölkə deyil, rəsmi kanallardan verilən mesajlar da bundan xəbər verir, oradan Kremldə diqqətlə oxunmalı olan çoxlu mesajlar səslənir.
Rusiya ilə Azərbaycan arasında gərginləşən münasibətlər Qərb üçün də ciddi əhəmiyyət daşıyır. ABŞ hökumətinin bölgədəki prioritetlərindən biri güc tətbiq etməmək və demilitarizasiyadır. Rusiya hər iki prinsipə qarşı açıq fəaliyyət göstərir, Qarabağ erməniləri də onun əlində alətə çevrilib. Bakı ilə qarşıdurmanı gücləndirən əsas narazılıq da bununla bağlıdır. Ona görə də Bakının yürütdüyü siyasətin Vaşinqton tərəfindən dəstəklənməsi qaçılmaz reallığa çevrilə bilər. Yeni hazırda eskalasiyanı körükləyən iki problem var: Laçın dəhlizinə nəzarətin bərpası, Qarabağdakı erməni silahlı dəstələrinin qısa müddətdə ləğv olunması. Qərb bu məsələdə ortaya açıq mövqe qoysa, Azərbaycan Türkiyənin siyasi dəstəyi ilə qısa müddətdə məsələni sülh sazişi üçün son dərəcə əhəmiyyətli olan humanitar məcraya qaytara bilər...
Turqut