Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağa keçən İran terror-diversiya qrupunun üzvlərinin ADLARI

İran İslam Respublikasının 14 vətəndaşının Azərbaycandakı Rusiya sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqda məlumatlar gündəmdən düşmür. Noyabrın 24-də günorta saatlarında sülhməramlıların postunu keçərək Azərbaycan ərazisinə gələn xarici vətəndaşlar hələ də Xankəndidə qalırlar. Lakin ölkə mediasının bu barədə yazdıqlarına nə Rusiya Xarici İşlər Nazirliyi, nə də Müdafiə Nazirliyi reaksiya verir. Bu faktın iki ölkə arasındakı rəsmi diplomatik təmaslarda müzakirə olunub-olunmadığı barədə də heç bir informasiya yoxdur.


Qeyd edək ki, məlumatı ilk olaraq yayan qafqazinfo.az saytı İranın ölkəmizdəki səfirliyi ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirilməsini istəyib. Lakin  zənglər də cavabsız qalıb – iranlı diplomatlar vətəndaşlarının kimliyi və Azərbaycan ərazisinə gizli səfərin məqsədləri haqda danışmaq istəmirlər. Sayt həmin şəxslərin sərhədi hansı adlar altında keçdiklərini öyrənib və onların bəzilərinin fotolarını əldə edib.


Artıq məlumat verildiyi kimi, noyabrın 24-dən Xankəndində olan və hələ də oranı tərk etməyən 14 nəfərdən 12-si İranın cənub-qərbindəki İzeh şəhərindəndir. Belə təsadüfə inanmaq çətindir. Xüsusilə də İzeh şəhərində İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazasının yerləşməsi haqda məlumatlar, bu şəxslərin təvəllüdləri (əsasən, 30-40 yaş arası), səfərin məxfiliyi və bir sıra digər məqamlar söhbətin İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından getdiyinə dair ehtimalı bir daha təsdiqləyir.


Daha bir maraqlı məqam sosial şəbəkələrdə uzun-uzadı axtarışlarına baxmayaraq, bu 14 nəfərin heç birinin hesablarının aşkarlanmamasıdır. İndiki zamanda sosial şəbəkələrdə heç bir izin olmaması çox nadir haldır. Üstəlik, söhbət bir yox, 14 nəfərdən gedir. Bu adamlar hansı məxfi fəaliyyətlə məşğuldurlar ki, sosial şəbəkələrdən uzaqdırlar? Adətən, belə yanaşma hərbçi və ya xüsusi xidmət orqanlarının əməkdaşlarına xas olur.


Digər tərəfdən, Xankəndinə gəlmiş qrup üzvlərinin sənədlərindəki adların saxta olması da mümkündür – kəşfiyyat orqanları üçün bu, adi haldır.


Amma istənilən halda, 7 gün əvvəl rusiyalı sülhməramlıların Xankəndinə buraxdıqları İran vətəndaşları Qarabağa məhz bu adlarla keçiblər:


Mohmadi Vahab Mehralı

Heidari Abdollah Alah Rahm

Mohmadi Daryoosh Avaz

Amiritolmarani Elsa Mohammad

Salahshouri Dourakı Farzad Nader

Mohmadi Aref Hossein

Almasian Nezhad Ebrahim Mohammad

Mohmadi Abdollah Mehr Ali

Mohmadi Nasrolah Mehr Ali

Safari Hossein Hatam

Kouravand Takht Sabzı Alı Shir Hossein

Mohmedi Omid Mehr Ali

Mohammadı Mokhtar Bar Ahmad

Salahshouri Dourakı Keramat Nader