Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağa keçən 14 nəfərin kimliyi bilindi - İran Azərbaycan ərazisinə terror-diversiya qrupu göndərib?

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib.

Xarici ölkə vətəndaşlarının Qarabağ ərazisinə qanunsuz gəlişi ilə bağlı yeni məlumatlar var.

Məlumata görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadılar.

İranlıların postu keçdikləri “Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür.

Qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşlarının kimliyini də tezliklə açıqlamağa çalışacağıq.

Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən- ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. (Qafqazinfo)