"Qarabağ" və "Nyukasl" arasındakı oyunlar bu tarixdə keçiriləcək
31 Yanvar 2026
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.
"Köhlən atlar" ilk matçını fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qarşılaşma saat 21:45-də başlayacaq.
Fevralın 24-də İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.