Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun daha bir oyunu keçirilib.

"Qarabağ" Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 58-ci dəqiqədə Filip Ozobiç vurub.

27-ci dəqiqədə Ağdam klubundan Leandro Andrade zədələnərək yerini İsmayıl İbrahimliyə verib. 43-cü dəqiqədə isə "qırmızı-qaralar"dan İlkin Qırtımov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, 8 oyundan maksimum xal toplayan "Qarabağ" turnir cədvəlinə başçılıq edir. 9 turdan sonra 15 xalı olan "Qəbələ" isə 5-ci sırada qərarlaşıb.