Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qarabağ" "Şamaxı"ya, "Sabah" "Qəbələ"yə qalib gəldi - VİDEO

Futbol üzrə Azərbaycan çempionatında 12-ci tura yekun vurulub. Son oyun günündə 2 görüş keçirilib.

Lider "Qarabağ" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Oyun Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası Premyer Liqanın cari mövsümündə ardıcıl 11-ci qələbəsini qazanıb.

Digər oyunda isə "Sabah" "Qəbələ"ni qəbul edib. Hesabı qonaqlar açsa da, "Sabah" əzmkar qələbə qazanıb - 2:1.

30 oktyabr (bazar)

“Sabah” - “Qəbələ” - 2:1

Qollar: İsnik Alimi, 5-pen. (0:1), Aleksey Kaşuk, 63 (1:1), Davit Volkov, 90+3 (2:1)

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev

“Bank Respublika Arena”

“Şamaxı” - “Qarabağ” - 0:4

Qollar: Musa Qurbanlı, 51, Elvin Cəfərquliyev, 56, Musa Qurbanlı, 90+3, Cəlal Hüseynov, 90+5-avtoqol

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov

Şamaxı şəhər stadionu

https://www.youtube.com/watch?v=mek50OuF8BE

https://www.youtube.com/watch?v=P6gf6Fok7bA&t=1s