Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qarabağ" Azərbaycan çempionatının cari mövsümündə ilk dəfə xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Turun son matçında "Sabah" "Qarabağ"ı qəbul edib. "Bank Respublika Arena"da oynanılan görüş qolsuz heç-heçə ilə başa çatıb.

Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən "Qarabağ" hazırda turnir cədvəlinə başçılıq edir. Ağdam klubunun aktivində 40 xal var. Liderdən 5 xal geri qalan “Sabah” isə 2-ci pillədə qərarlaşıb.

Bu gün baş tutan “Kəpəz” - “Turan Tovuz” görüşündə də qapılara qol vurulmayıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"a 4:2, "Zirə" "Səbail"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.