Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qara dənizdəki qaz ehtiyatları Türkiyənin 30 illik tələbatını ödəyəcək

Qara dəniz yataqlarındakı qaz ehtiyatları Türkiyə əhalisinin 30 ildən çox ehtiyacını ödəməyə kifayət edəcək. Bu barədə yerli media hakimiyyət orqanlarına istinadən yazır.

Bundan əvvəl Türkiyənin Energetika naziri Fatih Dönməz bildirib ki, xarici ekspertlər Qara dənizdə 58 milyard kubmetr qaz ehtiyatı olan yeni yatağın kəşf edildiyini təsdiqləyiblər. Qaz yatağı “Çaycuma-1” quyusunun qazılması zamanı 3 km dərinlikdə aşkar edilib.

Hazırda Türkiyənin ərazi sularında mavi yanacağın ümumi ehtiyatı 710 milyard kubmetr qiymətləndirilir.

Türkiyə son illər öz şelfində bir neçə yataq kəşf edib. Bunlardan hələ də ən böyüyü ehtiyatları 400 milyard kubmetrdən çox olan “Sakarya” yatağı hesab olunur.