Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qara dəniz donanmasının komandan müavini Ukraynada öldürüldü

Qara dəniz donanmasının komandir müavini, Rusiyanın birinci dərəcəli kapitanı Andrey Palıy Ukraynada öldürülüb.

Bu barədə məlumatı Sevastopolun senatoru Yekaterina Altabayeva təsdiqləyib. O bildirib ki, A. Palıy Mariupolda gedən ağır döyüşlər zamanı öldürülüb.

Qeyd edək ki, Andrey Palıy Rusiya Dəniz Donanmasının tanınmış hərbçilərindən olub. O, Rusiyanın 2008-ci ildə Gürcüstanda apardığı müharibədə də iştirak edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri A. Palıyın öldürülməsi haqda məlumat yaysa da, Rusiya tərəfi xəbəri təsdiqləməmişdi.

Maraqlıdır ki, Rusiyanın dövlət agentliyi olan "RİA Novosti" xəbəri  “Andrey Palıy Mariupolun AZAD EDİLMƏSİ uğrunda döyüşlərdə həlak olub" başlığı ilə verib. Rusiyanın ən böyük xəbər aqreqatoru Yandeks isə onu əsas səhifəsində önə çıxarıb.

Əlavə şərhə ehtiyac qalırmı?!