Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qalatasaray” yenə baş məşqçi axtarışında

“Qalatasaray” tezliklə yenidən baş məşqçi postunda dəyişikliyə gedə bilər.

"NTVspor" xəbər verir ki, Domenek Torrenin fəaliyyəti klub rəhbərliyini qane etmir.

Fatih Terimin yerinə gətirilən ispaniyalı mütəxəssis də komandanı uğursuzluq zolağından çıxarmaqda acizdir. “Sarı-qırmızılılar” Super Liqanın XXV turunda “Kayserispor”u da məğlub edə bilməsə, “cim-bom”un İdarə Heyəti çalışdırıcının gələcəyini müzakirəyə çıxaracaq.

Ötən ay baş məşqçi postuna təyin olunan Domenek Torrenin rəhbərliyi altında “Qalatasaray” Super Liqada 4 oyun keçirib, aktivinə cəmi 1 xal yazdırıb.