Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin silahdaşı cinayətlərini etiraf etdi: "8 ildir silah daşıyırıq"

“Bütün bu illər ərzində Putin Rusiyanın Donbasdakı münaqişənin tərəfi olmadığını deyirdi. Lakin o, Donbasa ikili təyinatlı məhsullar tədarük edir".

Bunu “Ədalətli Rusiya” partiyasının rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin yaxın adamı olan Sergey Mironov etiraf edib.

O bildirib ki, Rusiya 2014-cü ildən Donbasa silah tədarük edir:

"2014-cü ildən Rusiya Donbasa təkcə humanitar yardım deyil, həm də ikili təyinatlı məhsullar, yəni silah və hərbi texnikanın yaradılması üçün komponentlər verir”.