Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putinin əzəmətli ordusu Çin konservi yeyəcək”

“KQB”nin keçmiş zabiti, ABŞ-ın rezidenti və hazırda populyar analitik proqramın aparıcısı Yuri Şvets Rusiya ordusunun hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.

Şvetsin fikrincə, hər şey Rusiyanın Çindən yardım ala bilməyəcəyini göstərir: “Çin ona təcavüzkara kömək kimi ittiham formasında elan edilə biləcək heç bir şeyi Rusiyaya verməyəcək... Çünki bu ona lazım deyil... Hesab edilir ki, Çinin Rusiyaya verə biləcəyi şey rabitə vasitələri, köhnəlmiş radioelektron vasitələr ola bilər. Amma böyük ehtimalla kömək Çin hərbi yeməyi ilə məhdudlaşacaq. Yəni, əvvəllər Sovet İttifaqı Çini yedizdirirdisə, indi Putinin əzəmətli ordusu Çin konservləri yeyəcək”.