Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin 9 mayadək istədiyi “XXR” planı... - Ukrayna kəşfiyyatı

Ukraynanın müqaviməti Kremlin qondarma “Xerson Xalq Respublikası” yaratmaq planını alt-üst edə bilər. Rusiya prezidenti Vladimir Putin mayın 9-dək Xerson vilayətində “respublikanı” yaratmağa çalışacaq.




Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Putin referendum keçirmək üçün hər şeyi edəcək və deyəcək ki, “Xerson vilayətinin xalqı” “Xerson Xalq Respublikası”nı elan edib və Rusiyanın tərkibinə daxil olmaq istəyir. Bu, Rusiya qoşunlarının Ukrayna ərazisindəki qələbələrindən biri kimi təqdim olunacaq.


"Növbəti addımlar Zaporojye ola bilər... Odessa... Bu, Putinin keçmiş Sovet İttifaqının müstəqil dövlətləri ərazisində həyata keçirməyə çalışdığı strategiyadır”, - Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.




Onun fikrincə, Ukraynanın müvəqqəti ələ keçirilmiş ərazilərində Rusiya taktikası hüquq-mühafizə orqanları tərəfindən əraziyə ciddi nəzarətin yaradılması və Kremlin bütün göstərişlərinə əməl edəcək mürtədlərin yerli hakimiyyət orqanlarında vəzifələrə təyin edilməsidir.

Bununla belə, Ukrayna hərbi kəşfiyyatının nümayəndəsinin sözlərinə görə, müvəqqəti işğal olunmuş ərazilərdə Ukrayna vətəndaşlarının müqaviməti və fəal mövqeyi referendumu və Rusiyanın qondarma “XXR” yaratmaq planlarını poza bilər.