Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putindən böyük qızına qadağa: Ölkədən qaçış planı…

Rusiya lideri Vladimir Putin böyük qızının ölkədən çıxışına qadağa qoyub.

Mariya Vorontsova gələn həftə 37 yaşını qeyd etmək və romantik zaman keçirmək üçün münasibətdə olduğu 33 yaşlı Yevgeni Naqornı ilə tətil planlaşdırırmış.

Rusiya mətbuatının yazdığına görə, Putin Mariyanın mühafizəsini gücləndirərək onun planına qəti şəkildə etiraz edib. Mariyanın Qərb ölkələrinə səyahətinə qadağa qoyulub.

Məlumata görə, Rusiya lideri böyük qızının ölkəyə qayıtmamaq qərarı almağından şübhələnib. Lakin onun bu qərarının arxasında atasının Ukraynaya qarşı apardığı qanlı müharibə olub-olmadığı dəqiqləşdirilməyib.

Mariyanın əvvəllər Avropaya getməyi hədsiz dərəcədə sevdiyi bildirilir.

Qeyd edək ki, 36 yaşlı Mariya Putinin Rusiyanın keçmiş birinci xanımı Lyudmila ilə evliliyindən olan qızıdır.