Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin və Zelenski noyabrda görüşəcəklərmi? - Kremldən cavab gəldi

Kreml noyabrda keçiriləcək G20 sammitində Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü ehtimalını şərh edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun çərşənbə axşamı jurnalistlərə verdiyi məlumata görə, bu məsələdə həddindən artıq çox şərtlər var.

“Biz mövcud vəziyyəti ancaq faktiki olaraq ifadə edə bilərik”, - deyən Peskov “Hələlik belə bir görüş üçün heç bir ilkin şərait yoxdur”, - bildirib.