Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin və Lukaşenko Kosmonavtika günü Uzaq Şərqə uçacaqlar

Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko aprelin 12-də Kosmonavtika Günündə Amur vilayətindəki "Vostoçnıy" kosmodromuna səfər edəcəklər.

Bu barədə “Rossiya 1” telekanalı məlumat yayıb.

Kosmodromda iki ölkənin prezidentləri danışıqlar aparacaq. İki ölkə liderinin Rusiya-Ukrayna danışıqlarını da müzakirə edəcəkləri bildirilib.

Səfər zamanı, həmçinin, Vladimir Putin və Aleksandr Lukaşenko kosmodromda tikinti işlərinin gedişini qiymətləndirəcək, işçilərlə görüşəcək, kosmonavtları mükafatlandıracaqlar.

Sonra prezidentlər mətbuat konfransı verəcək.