Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin və Ərdoğan telefonla danışacaqlar

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Daha əvvəl Peskov Putinin oktyabrın 7-nə bir sıra telefon əlaqəsi planlaşdırdığını bildirib.

Bununla yanaşı, sabah Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin rəhbərləri ilə qeyri-rəsmi görüş keçirəcək.