Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxartdı - FOTO
22 Dekabr 2022
Rusiya Prezidenti Vladimir Putin erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı müraciətini təsdiq edib.


Qeyd edək ki, bir müddət əvvəl Rusiyanı tərk edərək Ermənistana, oradan isə qanunsuz şəkildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçən Ruben Vardanyan Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının əsas himayəçisinə çevrilib.