Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Ukrayna ilə danışıqlara hazırdır

“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin sədri Si Szinpinlə telefon danışığında bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 25-də müraciətində Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırmışdı: “Bir daha Rusiya Prezidentinə müraciət etmək istəyirəm. Ukraynanın hər yerində döyüşlər gedir. Gəlin, insanların ölümünün qarşısını almaq üçün danışıqlar masasına oturaq”.

O, bundan sonra Ukrayna Hərbi Silahlı Qüvvələrinə Ukrayna dilində müraciət edərək deyib: “Möhkəm durun. Siz dövlətimizi qoruyan hər şeysiniz. Ukraynaya eşq olsun!”.