Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.

Rusiya lideri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Vladimir Putin Şəhidlər xiyabanında əklil aparan hərbçiləri izləyib. Onlar “Əbədi məşəl” önünə əklil qoyan zaman dövlət başçısı matəm lentini düzəldib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

GŞəhidlər xiyabanını ziyarət edibörkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.