Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin: Rusiya neftinin tədarükünün kəskin azalması dünyada qiymət artımına səbəb olacaq

Qlobal bazarda Rusiya neftinin tədarükünün kəskin azalması qiymətlərin artmasına səbəb olacaq.

Bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Konqresinin yekunları üzrə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiyanın neft və neft məhsullarının tədarükü qlobal bazarda kəskin şəkildə azalarsa, qiymətlər qaçılmaz olaraq artacaq", - o deyib.

Putin əlavə edib ki, ABŞ-dən fərqli olaraq, Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdikləri neftdən daha çox neft satırlar.