Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Kupyanskda Ukraynanın 15 batalyonunun mühasirəyə alındığını söyləyib

“Ukrayna hərbçilərinə silahlarını yerə qoyub təslim olmaq imkanı verilməlidir.”

Bunu Rusiya prezidenti Vladimir Putin "Qərb" qruplşmasının komanda məntəqəsində keçirdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, Kupyansk yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 15 batalyonu mühasirəyə alınıb.

Putin Donetsk vilayətində Kostyantinovka şəhərində daxilində artıq döyüşlərin getdiyini söyləyib.

Rusiya prezidenti keçən ilin mart ayından bəri Ukraynanın siyasi rəhbərliyinin hakimiyyəti ələ keçirən cinayətkar qrup olduğunu vurğulayıb.

Putin Ukrayna rəhbərliyini xalqının, ordusunun əsgərlərinin taleyi ilə maraqlanmamaqda ittiham edib.