Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Kadırova general-leytenant rütbəsi verib

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova general-leytenant hərbi rütbəsi verib.

Bu barədə Çeçenistan parlamentinin spikeri Maqomed Daudov bildirib.

“Əziz dostlar! Əziz qardaşım, Çeçenistan Respublikasının başçısı, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinin fərmanı ilə general-leytenant hərbi rütbəsi ilə təltif olunması münasibətilə ürəkdən təbrik edirəm!”, Daudov Telegram kanalında yazıb.

Qeyd edək ki, Ramzan Kadırovun Ukraynanın Donetsk regionunun Mariupol şəhərində olduğu barədə də informasiya var. UNİAN xəbər verir ki, Kadırovun Rusiyanın 8-ci ordusunun komandanı general Andrey Mordviçevlə görüşməsinin kadrları da paylaşılıb.

Kadırov isə özünün Telegram kanalında bu barədə məlumat verməyib, lakin şəhərdə hərbi əməliyyatlar barəsində paylaşım edib.