Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin istəyinə çatdı? Puşkinin illərdir Kiyevdə duran büstü dağıdıldı

Kiyevdə dahi rus şairi Aleksandr Puşkinin şəhərin mərkəzində yerləşən büstü sökülüb.

Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

“Dekommunizasiya. Ukrayna” layihəsinin həmtəsisçisi Vadim Pozdnyakov, Puşkini “Rusiya dünyasının simvolu” adlandırıb və sökülmənin may ayında həlak olan ukraynalı leytenant Denis Antipovun şərəfinə həyata keçirildiyini söyləyib.

Pozdnyakovun sözlərinə görə, Kiyevdə Puşkinə həsr olunmuş daha səkkiz obyekt, o cümlədən xatirə lövhəsi və büstlər var.