Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putin iradında haqlıdır” - Ərdoğan yenə fərqli tərəfi dəstkələdi...

Putin haqlıdır, taxıl kasıb ölkələrə getmir.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, taxıl zəngin ölkələrə daşınır.

O diqqətə çatdırıb ki, hələ ki dəhliz vasitəsilə Rusiya taxılı daşınmır. Çıxarılan taxıl inkişaf etmiş, zəngin ölkələrə gedir, kasıb ölkələrə yox: “Əsas məqsəd taxılın kasıb ölkələrə göndərilməsinin davam etdirilməsidir. Putin taxılın Rusiyaya qarşı sanksiyalar tələb edən ölkələrə getməsindən narahatdır. Biz istəyirik ki, Rusiyadan da taxıl nəqli başlasın. Bu sahədə gecikmə var. Bu məsələləri Putinlə Səmərqənddə müzakirə edəcəyik”.

Ərdoğan əlavə edib ki, enerji qiymətləri artır, Avropa bu qışı neçə keçirəcəyi ilə bağlı təlaş içindədir: “Ümid edirik ki, bütün bu çətinliklər həll ediləcək”.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında çıxış edərkən bildirib ki, Ukraynadan çıxarılan taxıl aclıq içində olan ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə gedir.

“İnkişaf etməkdə olan ölkələrə yalnız iki gəmi taxıl gedib”, - Rusiya Prezidenti vurğulayıb.

Putin Ukraynadan taxıl daşınmasının bu səbəbdən məhdudlaşdırıla biləcəyini də söyləyib: “Bəlkə bu marşrutla (Ukraynadan Avropaya – red.) taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəyəm. Axı, Ukraynadan taxılının ixracı mexanizmini işləyib hazırlayan bizik”.