Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin geri çəkilmək niyyətində deyil: "Ukraynadakı əməliyyatın məqsəd və hədəfləri yerinə yetiriləcək"

“Şübhəsiz ki, Ukraynadakı əməliyyatın məqsəd və hədəfləri yerinə yetiriləcək”.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Amur vilayətinə səfəri zamanı deyib.

"Ukraynada böyüdülən anti-Rusiya qüvvələrlə toqquşma qaçılmaz idi, bu sadəcə vaxt məsələsi idi", - Putin deyib.

O, Rusiya ordusunun Ukraynada cəsarətli fəaliyyət göstərdiyini iddia edib.