Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin FTX generalın həbs etdirdi: Müharibə uğursuzluğuna görə - FOTO

Moskvada FTX-nin 5-ci bölməsinin rəisi general Sergey Beseda ev dustaqlığına göndərilib.

FTX-nın (FSB - Federal Təhlükəsizlik Xidməti) 5-ci bölməsi postsovet məkanında kəşfiyyatla məşğul olan qurumdur. Bölmə keçmiş SSRİ məkanında o cümlədən Ukraynada Kremlin maraqlarının həyata keçirilməsinə cavabdehdi.


Məhz 5-ci xidmət işğal ərəfəsində Vladimir Putinə Ukraynada baş verən siyasi hadisələr və ümumi vəziyyət haqqında məlumat vermək üçün məsul idi. Lakin prezidenti qəzəbləndirməkdən qorxan 5-ci bölmə, sadəcə olaraq, onun eşitmək istədiklərini ona çatdırırdı. Və görünür, iki həftəlik müharibədən sonra Putin nəhayət ki, onu sadəcə aldatdıqlarını başa düşdü.

General Beseda və müavininin ev dustaqlığına göndərildiyinin səbəbləri arasında əməliyyatlar üçün ayrılan vəsaitlərdən sui-istifadə və yeyinti, eləcə də zəif kəşfiyyat məlumatları var.