Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin ermənipərəst jurnalist Peqovu ordenlə təltif edib

Rusiya Prezidenti Vladimir Putin İkinci Qarabağ müharibəsində ermənipərəst mövqeyi ilə seçilən hərbi jurnalist Semyon Peqovu mükafatlandırıb.

Putin “Wargonzo” YouTube layihəsinin müəllifi Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib.

Qeyd edək ki, bir çox qaynar nöqtələrdə təbliğatçılıqla məşğul olan Peqov Qarabağda 44 günlük müharibə zamanı ermənilər tərəfdən Azərbaycana qarşı təxribatla məşğul olub. O, Hadrut və Şuşada peyda olaraq, Azərbaycan ordusunun irəliləməsini və bu yaşayış məntəqələrinə nəzarəti geri qaytarmasını təkzib etməyə çalışıb.

O, sonuncu dəfə Ukrayna cəbhəsində olub və minaya düşərək ağır yaralanıb.