Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Əliyevlə görüşdə: "İmperiyanı bərpa etməyə hazırlaşmırıq"

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşün əvvəlində bildirib ki, iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair birgə Bəyannamənin imzalanması planlaşdırılır və bu münasibətləri yeni səviyyəyə çıxaracaq.

Putin çıxışında habelə Qərbin “Donetsk və Luqansk xalq respublikaları”nın tanınmasına görə Rusiyanı imperiya ambisiyalarında günahlandırmasına toxunub. “Dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyini tanımaq qərarı verdi. Biz bu mövzuda spekulyasiyaların şahidi olduq, o baxımdan ki, Rusiyanı imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşmaqda günahlandırdılar. Bu, qətiyyən həqiqətə uyğun deyil”, - Putin bildirib.