Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Əliyevə zəng vurub

Oktyabrın 24-də Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.

"Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda bildirilir.

Bu ilin doqquz ayında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 4.6 faiz artaraq 3 milyard 659 milyon ABŞ dollarına çatıb.