Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Durovla Bakıda görüşmədiyini deyib

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Telegram”ın yaradıcısı Pavel Durovla Bakıda görüşməyib, lakin uzun illər öncə biznes nümayəndələri ilə görüşlərdən birində onunla şəxsi əlaqə saxlayıb.

Rusiya KİV-i xəbər verir ki, o, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Mən cənab Durovla uzun illər əvvəl bir dəfə Moskvada görüşmüşəm. O, sadəcə olaraq öz biznesinin inkişafı ilə bağlı planlardan danışmışdı. Mən mütəmadi olaraq biznes nümayəndələri ilə görüşürəm və belə görüşlərdən birində o da var idi. Bunun nə vaxt olduğunu xatırlamıram. O vaxtdan bəri biz bir-birimizi görməmişik və heç vaxt əlaqə saxlamamışıq. Bakıda niyə görüşməliyik ki? Onun Bakıda olduğunu da bilmirdim”, - Rusiya lideri vurğulayıb.