Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin danışıqlardan imtina edir: “Hələ vaxtı deyil”

Rusiya Prezidenti Vladimir Putin İtaliyanın baş naziri Mario Draqi ilə danışıqlarda Ukraynada atəşin kəsilməsi üçün vaxtın çatmadığını bildirib.

Draqi bu barədə martın 31-də keçirilən telefon danışığı zamanı deyib.

Bundan əlavə, Putin Draqi ilə söhbət zamanı Ukrayna prezidenti Volodimirt Zelenski ilə də danışıqlar üçün vaxtın yetişmədiyini söyləyib.

İtaliya baş naziri Putinin danışıq tonunun bir qədər dəyişdiyini hiss etdiyini vurğulayıb: “Amma mən bununla bağlı bir qədər ehtiyatlıyam. Vəziyyəti ayıq başla qiymətləndirmək lazımdır”.