Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin danışıqlar üçün Minskə heyət göndərməyə hazırdır

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Belarusun paytaxtı Minskə heyət göndərməyə hazırdır. Heyət Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının nümayəndələri səviyyəsində ola bilər”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Bildiyiniz kimi, bu gün Ukrayna prezidenti Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edib. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”na kömək etmək, o cümlədən Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir”, - D.Peskov qeyd edib.