Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin bəzi qoşunları Ukraynadan çıxarır - Kursku xilas etmək üçün

ABŞ Rusiyanın bəzi hissələrinin Ukraynanın işğal edilmiş ərazilərindən Kursk bölgəsinə köçürüldüyünü qeydə alır. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Vedant Patel brifinqdə Turan-ın suallarına cavabda bildirib.

Bu, Kiyevin transsərhəd əməliyyatının Moskvanı Ukraynanın özünə təzyiqi zəiflətməyə vadar etdiyinin ilk əlaməti ola bilər.

Patel qeyd edib ki, ABŞ Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Amerika silahlarından istifadəsinə qoyulmuş qadağanı ləğv etməyib. 

"Bizim məqsədimiz ukraynalı tərəfdaşlarımızın Rusiyanın təcavüzündən qorunmaq üçün zəruri olan hər şeyə malik olmasını təmin etməkdir", deyə o bildirib.