Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin adlı Sibir pələngi ölüb

ABŞ-ın Minnesota zooparkında saxlanılan Putin adlı Sibir pələngi ürək tutması nəticəsində ölüb.

Nəsli kəsilməkdə olan Sibir pələnginə hələ Çexiyada olarkən Rusiya prezidentinin adı verilib.

Vəhşi heyvan Çexiyadan Danimarkaya köçürülüb. 2015-ci ildən bəri isə o, Minnesota zooparkında yerləşdirilib.

Qeyd edək ki, Amur cinsindən olan Sibir pələnglərinin sayı dünya üzrə 500-dən azdır. Onlardan 103-ü Şimali Amerikadakı zooparklarda saxlanılır. (Haber Global)