Logo
news content
User
Kateqoriyalar

Xəbər

PSJ Messinin müqaviləsini yeniləmək istəyir

Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini daha bir il uzatmaq istəyir.

"Marca" nəşri xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi bu barədə 35 yaşlı hücumçunun nümayəndələrini məlumatlandırıb.

Argentinalı forvard PSJ-dəki gələcəyi ilə bağlı qərarı bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra verəcək.

Qeyd edək ki, Lionel Messinin klubla hazırkı sözləşməsi 2023-cü ildə başa çatmalıdır.