Prezident Olimpiadada yüksək nəticə göstərən idmançılar və komanda üzvləri ilə bağlı sərəncam imzalayıb
13 Avqust 2024
Prezident İlham Əliyev "Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncamla XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
1. birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;
2. ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
3. üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.
Prezident İlham Əliyev "Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında" da Sərəncam imzalayıb.
Sərəncamla XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Heydərov Hidayət Minayət oğlu
Kotsoiev Zelim Oleqoviç
Məmmədov Elxan Əbülfəz oğlu
Trautmann Riçard
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Həsənov Tərlan Əliheydər oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Alfonso Dominguez Loren Berto Berto
Maqomedov Qaşim Maqomed oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Həsrət Valeh oğlu
Qiorqi Meşvildişvili Kaxa oğlu
Maqomedov Maqomedxan Maqomedoviç
3-cü dərəcəli “Əmək” ordeni ilə
Abdullayev Məmməd Kamil oğlu
Əliyev Həsən Həsən oğlu
Qazyumov Xetaq Ruslanoviç
Məmmədov Anar Vahid oğlu
Paşayev Niyaməddin Vaqif oğlu
Roque Otano Pedro
Tarakanov Aleksandr Petroviç
“Tərəqqi” medalı ilə
Qokşelidze Georgi
Əliyev Əli İman-Murzayeviç.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.