Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezident İlham Əliyev 27 Sentyabr Anım Günündə Füzuliyə səfər edib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Dvlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mehriban Əliyeva instaqram hesabında 27 Sentyabr - Anım Günü ilə əlaqədar Füzuli rayonundan paylaşım edib.

"Anım Günü. Füzuli rayonu. 27.09.2022", - paylaşımda qeyd olunub.



 










Посмотреть эту публикацию в Instagram























 

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)