Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezident Əliyev: "Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac yoxdur"

"Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planları barədə mediada yayılanlar siyasi spekulyasiyadan başqa bir şey deyil". Bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "RİA Novosti" və VGTRK qurumuna müsahibəsində deyib.

"Qısa desək – gərək yoxdur. Zaman-zaman bu cür məlumatların müəyyən media qurumlarında yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur", – prezident "Russia Today" mediaqrupunun baş direktoru Dmitri Kiselyova deyib.

Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa bəyannaməsinin bir bəndində təhdid və təcavüz halında qarşılıqlı hərbi yardım nəzərdə tutulur.

"Bəyannamənin bu bəndi bir və digər ölkənin ərazisində daimi hərbi infrastrukturun yaradılmasını gərəksiz edir", – o əlavə edib.

Prezident habelə söyləyib ki, Türkiyə ilə azı 30 illik hərbi əməkdaşlıq Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynayıb. Onun sözlərinə görə, Ankaranın sayəsində Bakı hərbi əməliyyatlarında yüksək funksionallığa nail olub.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ankara Bakıya dəstəyini gizlətməyib. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çıxışında "Qarabağa necə girdiksə" deməsi Azərbaycanda xoş qarşılanmayıb. Rəsmi media ölkənin suverenliyin Azərbaycan ordusunun sayəsində bərpa olunduğunu yazıb.

Azərbaycan həmin müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib.