Pressklub-un əməkdaşı Qüdsdən yazır: “Bura Əl-Əqsadır”
20 Oktyabr 2023
İsrail və Fələstinin HƏMAS qruplaşması arasında qanlı toqquşmalar bütün dünyanın gündəmini zəbt edib. Azərbaycan əhalisi də Yaxın Şərqin ən qaynar bölgəsində baş verənləri diqqətlə izləyir.
Bölgədə baş verən hadisələrə marağı, orada yaşananların insanlara daha dəqiq çatdırılmasının vacibliyini nəzərə alınaraq, Pressklub.az-ın əməkdaşı Seymur Kazımov üç dinin müqəddəs məkanı sayılan Qüdsə (Yerusəlim) ezam olunub.
Seymur Kazımov hazırda Qüdsdəki Əl-Əqsa məscidindədir və gözlənilən cümə namazına hazırlıqları müşahidə edir.
"Məscidin Herod və Şərq qapılarında olub, həm İsrail təhlükəsizlik qüvvələrinin, həm də ibadətə gələn müsəlmanların hazırlıqlarını izləyirəm. Hələ ki sakitlikdir, lakin bəzi məlumatlara görə, ibadət zamanı toqquşma ola bilər, yaxud HƏMAS situasiyadan təxribat üçün istifadə edə bilər.
Ayrı-ayrılıqda yəhudi, ərəb məhəllələrində də oldum. Hətta hər iki dinin daşıyıcılarının ən dindar bölgələrinə də getdim. Maraqlı, fərqli və kontrastlarla zəngin şəhərdir. Şəhərin gur yerləri, əsasən tarixi məkanlarını İsrail hərbçiləri mühafizə edir. Təhlükəsizlik tədbirləri artırılıb”.




Seymur Kazımov bildirib ki, İsrail əsgərləri insanların sənədlərini yoxlayıb içəri buraxır. Gələnlərin heç də hamısı namaza gəlmir. İçəridə ticarət obyektləri də var. Doğrudur, burada müharibə olub-olmamasından asılı olmayaraq, hər zaman gərginlikdir. İndiki həssas məqamlarda isə güvənlik daha da artırılıb”.







[video width="848" height="400" mp4="http://pressklub.az/wp-content/uploads/2023/10/vid-20231020-wa0022.mp4"][/video]
[video width="400" height="864" mp4="http://pressklub.az/wp-content/uploads/2023/10/vid-20231021-wa0007.mp4"][/video]