Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşanın baş naziri: "Rusiya Ukraynanın üçdə birini işğal etməyə hazırlaşır"

Polşanın baş naziri Mateuş Moravetski Rusiya qüvvələrinin "tezliklə" Ukrayna ərazisinin üçdə birini ələ keçirib və Moskvanın bundan danışıqlardakı mövqeyini gücləndirmək üçün istifadə edəcəyini bəyan edib. Bu barədə Moravetski CNN telekanalının efirində deyib.

Polşanın baş naziri vurğulayıb ki, Ukraynanın müttəfiqləri “sarsıdıcı sanksiyalar” tətbiq etməyə davam etməlidir.

"Moskva uzunmüddətli sanksiyalardan qorxur. Biz onların aktivlərinin müsadirə edilməsinin tərəfdarıyıq və Rusiya neft və qazının alınmasını dayandırmaq üçün əlimizdən gələni edirik", - Moravetski deyib.