Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa prezidentinin təyyarəsi məcburi eniş edib

Polşa prezidenti Andjey Dudanın təyyarəsi Varşavaya təcili eniş edib. Bu barədə Dudanın müşaviri Yakub Kumox bildirib.

Dudanın ofisinin rəhbəri Pavel Şrot prezidentin heç bir təhlükə ilə üzləşmədiyini deyib.

Qeyd edək ki, Andjey Duda ABŞ prezidenti Co Bayden ilə görüşmək üçün Jeşuv şəhərinə gedirmiş. Onun üçün hazırda başqa bir təyyarə hazırlanır.