Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verib
15 Sentyabr 2025
Polşa Prezidenti Karol Navrotski ölkə ərazisində NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinə razılıq verən qətnaməni imzalayıb.
Bu barədə məlumatı Polşanın Milli Təhlükəsizlik Bürosu yayıb.
Qeyd olunur ki, sözügedən qərar "Şərq keşikçisi" əməliyyatı çərçivəsində Polşanın müdafiəsini gücləndirmək məqsədi daşıyır.