Logo
news content
User
Kateqoriyalar

Xəbər

Politoloq Azər Qasımlı saxlanılıb - YENİLƏNİB

Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə 48 saata şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə vəkil Aqil Layıc Turana bildirib.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil qeyd edib.

Layıcın sözlərinə görə, Azər Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi.

***

Siyasi Menecment  İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.

“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı məm götürüm.  Səbəbini  soruşduqda, o, sadəcə  yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”, - deyə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan-a bildirib.

Hazırda Azər Qasımlının telefonuna zəng çatmırı.

Noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.

A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremllə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib. (Turan)